Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Estoniya limançıları Rusiyadan gələn gübrələrin qeyri-ixtiyari partlamasından qorxurlar

Estoniyanın Muuqa və Sillamyae limanlarının nümayəndələri Aİ-nin sanksiyaları səbəbindən Estoniyada ilişib qalmış ammonyak tərkibli Rusiya gübrələrinin kortəbii partlamasından qorxduqlarını bildiriblər. Bu barədə Estoniyanın “ERR” agentliyi məlumat yayıb.

“Muuqa limanının DBT terminalında gübrələr (tərkibində partlayıcı ammonium nitrat ) Rusiya firmalarına məxsusdur. Onların malları sanksiyalar altındadır, sata bilmirlər,” - agentlik bildirir.

Viimsi şurasının sədri Lauri Husara qeyd edib ki, Viimsi bələdiyyəsi və yerli sakinlər Muuqa limanında partlayıcı gübrələrlə bağlı dəfələrlə dövlətdən dəqiqləşdirmələr istəyiblər, lakin indiyədək heç bir cavab verilməyib.

Estoniyanın “Postimees” qəzetində qeyd edildiyi kimi, hazırda Muuqanın anbarlarında 12 min tona yaxın gübrə var. Sillamyae anbarlarında da bir neçə min ton gübrə saxlanılır. Partlayıcı gübrələrin belə həcmi narahatlıq doğurur. Bildirilir ki, ammonyak tərkibli Rusiya gübrələrinin həcmi 2020-ci ildə Beyrut limanında partlayan ammonium nitratın həcmindən 4,4 dəfə çoxdur.

Ekspertlər bu maddələrin düzgün saxlanmamasından narahatdırlar. Ammonyak tərkibli gübrələrin kortəbii partlamasının qarşısını almaq üçün rütubət, temperatur, yığının hündürlüyü və sair standartlara ciddi riayət etmək lazımdır. Belə yük bir yerdə altı ay qalırsa, mümkün kortəbii partlayış təhlükəsi ilə bağlı yoxlama təşkil etmək lazımdır.

Bununla belə, Estoniya hakimiyyəti, Rusiya Federasiyasından olan şirkətlərin son nəticədə “sanksiya edilmiş malların” satışından gəlir əldə etməməsini təmin etmək üçün də bir yol axtarır…

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır