Dəniz yolu ilə 3,3 milyon ton taxıl ixrac edilib
Litvanın Klaypeda Dövlət Dəniz Limanı ölkədə yetişdirilən yeni taxıl məhsulların ixracına başlayıb.
Bu barədə cümə axşamı “Kauno dena”ya limanın baş direktoru Alqis Latakas məlumat verib.
"Ümid edirik ki, yaxşı taxıl məhsulları yetişdirilib və onların Klaypeda limanında aşırılması yüklərin işlənməsi göstəricilərimizi yaxşılaşdırmağa imkan verəcək",- baş direktor deyib.
Litvada yetişdirilən və digər ölkələrə göndərilən taxıl məhsullarının təxminən 80%-i adətən Klaypeda limanından keçir. 2021-ci ildə dəniz yolu ilə 3,3 milyon ton taxıl ixrac edilib. Alıcıları isə Nigeriya, İspaniya və Cənubi Afrika ölkələri olub.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


