Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

“Seaeagle” gəmisi buğda ilə Sudana, “Pretty Lady” teploxodu qarğıdalı ilə Misirə gedəcək

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) ümumilikdə 129,44 min ton ərzaq daşıyacaq üç gəminin Çernomorsk limanından çıxmasına icazə verib.

“Seanews.az” Birgə Koordinasiya Mərkəzinə istinadən xəbər veriri ki, “Seaeagle” quru yük gəmisi 63,34 min ton buğda ilə Sudana, “Pretty Lady” teploxodu 45 min ton qarğıdalı ilə Misirə, “Aviva” gəmisi isə 19,1 min ton günəbaxan yağı ilə Hindistana gedəcək.

Bundan əlavə, daha əvvəl icazə almış iki gəmi avqustun 26-da təyinat limanlarına yola düşəcək – “Oris Sofi”  teploxodu Yujnı limanında anbarlarına qəbul etdiyi 5,9 min ton günəbaxan yağını Türkiyənin Tekirdağ limanına çatdıracaq. Çornomorskdan 3,7 min ton noxudla ayrılacaq “Zelek Star” gəmisi isə Mersinə üz tutacaq.

Dünən Birgə Koordinasiya Mərkəzinin mütəxəssisləri altı gəmini yoxlayıblar, bu gün daha yeddi gəminin yoxlanılması  nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır