Gömrük saya oturan “Rise and Shine” konteyner gəmisini nəzarətə götürüb
Panama bayrağı altında üzən və Naxodka sahilləri yaxınlığında saya oturan “Rise and Shine” konteyner gəmisi Naxodka gömrüyünün nəzarəti altındadır.
“Seanews.az”-ın məlumatına görə, vətəndaşların Çinə məxsus konteyner gəmisinə qalxmasına və ya göyərtəsində qalmasına icazə verilmir.
İcazəsiz şəxslərin konteyner gəmisinə baş çəkməsi halları baş verdiyinə görə, Naxodka Gömrük İdarəsi bildirir ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə əsasən, vətəndaşlar “Rise and Shine” gəmisinə icazəsiz qalxdıqlarına görə inzibati məsuliyyətə cəlb olunacaqlar.
Xatırladaq ki, 2021-ci il noyabrın 9-dan etibarən konteyner gəmisi fırtına zamanı lövbərin qırılması səbəbindən Vostok körfəzində saya oturub. “Rise Shine” konteyner gəmisinin göyərtəsində ümumi çəkisi 1,6 min tondan çox istehlak malları olan 199 konteyner olub. Mallar bəyan edildikdən sonra alıcıların ünvanına göndəriləcək.


