Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

107 kilometr uzunluğunda kanalın tikintisinə 2023-cü ilin əvvəlində başlanacaq

Paris və Amsterdamı daxili su yolları ilə birləşdirməli olan Sena-Şimali Avropa gəmiçilik kanalının çəkilməsi üzrə beynəlxalq layihə çərçivəsində Fransada Noyon şəhərinin Kuryer bölgəsində torpaq işləri üçün 3 min nəfər işə götürülüb.

“Seanews.az” xəbər verir ki,  107 kilometrlik kanalın uzunluğu 18 km olan birinci hissəsi buradan keçəcək. Tikintiyə 2023-cü ilin əvvəlində başlanacaq.

Eyni zamanda, Fransa gələcək kanalın bir hissəsi olacaq mövcud su infrastrukturunu modernləşdirir. Belə ki, Sena çayında ən böyük Merikurt keçidinin yerləşdiyi Mantes-la-Joli ərazisində 11,5 metr hündürlüyündə iki 80 tonluq darvaza təhvil verilmişdir.

Havr dəniz limanında konteynerlərin payı heç 10%-ə çatmır, Antverpendə isə bu rəqəm 35%-dir və bu konteynerlərin əksəriyyəti çay barjları ilə alıcıya göndərilir. Bu geriliyi aradan qaldırmaq üçün Havr limanındakı “Port 2000” terminalında 2023-cü ilə qədər yüklərin dənizdən çay nəqliyyatına daşınması üçün yükaşırma kompleksinin tikintisi planlaşdırılır.

Senanın dəniz və çay limanlarını Avropanın çay nəqliyyatı şəbəkəsi ilə birləşdirəcək “Canal Seine-Nord Europe” layihəsinin dəyəri 5 milyard avro qiymətləndirilir.

Kanalın çəkilişi 2028-ci ildə başa çatmalıdır, lakin yerli mediaya görə, “son müddət çox güman ki, 2031-ci ilə təxirə salınacaq.

“Canal Seine-Nord Europe” layihəsinin çətin tarixi var, Avropa Birliyi səviyyəsində razılıq alana qədər 14 il müzakirə olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır