Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Dəniz konteyner istehsalçıları birləşmək fikrindən daşınıblar

Dəniz konteyner istehsalçıları “Maersk Container Industry” və “China International Marine Containers” (“CIMC”) 987 milyon dollar dəyərində qiymətləndirilən birləşmədən imtina ediblər.

 “MarineLink”-in şirkətlərin birgə bəyanatına istinadən verdiyi məlumata görə, əvvəlki planlardan imtina antiinhisar tənzimləyicilərinin maneələri ilə bağlıdır.

“ABŞ Ədliyyə Nazirliyi bildirib ki, saziş dünyanın dörd soyuducu konteyner istehsalçısından ikisini bir araya gətirəcək və bu da öz növbəsində qiymətlərin yüksəlməsinə və keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər. Müqavilə artıq konsolidasiya edilmiş bazarda “CIMC”-nin üstünlüyünü gücləndirəcək.

Həmçinin, ABŞ Ədliyyə Nazirliyi vurğulayıb ki, "sövdələşmə, soyuducu konteynerlərin istehsalını 90% Çin dövlətinə məxsus və ya hökumətin nəzarətində olan şirkətlərdə cəmləyəcəkdi".

"Maersk Container Industry”, öz növbəsində, sövdələşmənin həyata keçirilməyəcəyindən təəssüflənir, bununla əlaqədar olaraq, şirkət biznesin uzunmüddətli inkişafını təmin etmək üçün ən yaxşı struktur planı nəzərdən keçirmək niyyətindədir", - deyə “MarineLink” "Maersk Container Industry”-dən sitat gətirir.

Xatırladaq ki, “A.P. Moller – Maersk”, keçən payızda konteyner biznesini "Maersk Container Industry”-i satmaq qərarına gəldi. Bununla da, şirkətin bütün strukturları və aktivləri, o cümlədən Sindaodakı soyuducu konteyner zavodu, həmçinin Danimarkadakı tədqiqat bölməsi və pilot sahə “China International Marine Containers”-in  mülkiyyətinə çevrilməli idi.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır