İki hadisədən birində quldurlar qaça bilməyiblər
Asiyada bir həftə ərzində iki quldurluq hadisəsi baş verib.
“Seanews.az”-ın məlumatına görə, birinci halda, cinayətkarlar Sandakanda (Şərqi Malayziya) lövbərdə dayanan kimyəvi tankerə miniblər. Körpüdəki dənizçi göyərtədə üç silahsız şübhəli şəxsi görüb və dərhal həyəcan siqnalı verərək yaxınlıqdakı gəmiləri xəbərdar edib. Quldurlar suya atılaraq kiçik qayıqla qaça biliblər. Dənizçilər göyərtədə yalnız itmiş kəndiri tapıblar. Heyət üzvləri və gəmi xəsarət almayıb.
İkinci insident isə Akram Point (Banqladeş) ərazisində hərəkət edən ağır nəqliyyat gəmisi ilə baş verib. Mexanikləşdirilmiş qayıqda olan 6 nəfər gəmiyə minməyə çalışsa da, buna nail ola bilməyib. Kapitan baş verənləri xəbər verib və həyəcan təbili çalıb. Bundan sonra Banqladeş Respublikasının sahil mühafizəsi patrulu cinayətkarları saxlayaraq yerli polisə təhvil verib.


