Avstraliya donanmasının raket esminesi sınaqdan keçirilib
Avstraliya Hərbi Dəniz Qüvvələrinin “HMAS Sydney” raket esminesinin PUA-lara qarşı qabiliyyəti sınaqdan keçirilib.
Ordu.az xəbər verir ki, sınaqlar “Sakit Okean Əjdahası 2022” təlimləri çərçivəsində baş tutub. Gəmidən “Evolved Sea Sparrow” raketi buraxılıb və PUA uğurla zərərsizləşdirilib. Sınaqlar zamanı esminesin “Aegis” döyüş sisteminin və hava hücumundan müdafiə platformasının yüksək sürətli hədəfləri necə izləyə biləcəyi nümayiş etdirilib.
Təlim avqustun 5-dən 15-dək Havay adalarının Kauai sahillərində keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


