Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-18,
Seanews
Heyder Eliyev

“Maersk” şirkəti “Global Ports”- dakı payı üçün alıcı tapıb

“APM Terminals” (“A.P. Moller-Maersk”-in terminal bölməsi) “Global Ports Investments PLC”-dəki payını satmaq üçün müqavilə bağlayıb. Alıcı "uzunmüddətli tərəfdaş"ı “Delo” Qrupudur.

“Seanews.az”-ın məlumatına görə, əməliyyat müvafiq tənzimləyici qurumlarla razılaşdırılmalıdır. “APM Terminals” “Global Ports Investments PLC”-dəki bütün 30,75% səhm payını satır. Eyni ölçülü paya sahib olan “Delo” bununla “Global Ports”- dakı payını 61,5%-ə çatdıracaq.

“A.P. Moller-Maersk” şirkətində bildirilib ki, müqavilə "gələcəkdə “Delo” ilə tərəfdaşlığı yeniləmək imkanını" təmin edir.

Payın satışından sonra “APMT”-nin Rusiyada aktivləri və Rusiyada fəaliyyət göstərən müəssisələrdə heç bir payı olmayacaq. Paketin ötürülməsi səlahiyyətlilərin razılığı alındıqdan sonra baş verəcək.

Tərəflər əməliyyatın dəyərini açıqlamırlar – “Delo” Şirkətlər Qrupunda bildirildiyi kimi, o, "razılaşdırılmış bazar şərtləri əsasında" bağlanıb.

Xatırladaq ki, “APMT” 2012-ci ildə “Global Ports”- da pay almaq üçün müqavilə imzalamışdı. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır