Somali ətrafındakı suların yüksək riskli zona statusu aradan qaldırılacaq
Beynəlxalq Gəmiçilik Palatası, BIMCO, Beynəlxalq Dəniz Podratçıları Assosiasiyası, INTERCARGO, INTERTANKO Neft Şirkətləri Beynəlxalq Dəniz Forumu (Oil Companies International Marine Forum) Beynəlxalq Dəniz Təşkilatına (IMO) Somali ətrafındakı suların yüksək riskli zona statusunun aradan qaldırılması üçün müraciət edib.
“Seanews.az” xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının 2022-ci ilin oktyabrından tez olmayaraq müvafiq qərar qəbul edəcəyi və qərarın 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi ehtimal olunur.
Müraciətə səbəb Somali ətrafındakı sularda pirat təhlükəsinin azalmasıdır.
Yüksək riskli sahə statusu sığorta şirkətlərinə əlavə mükafat almaq imkanı verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


