Türkiyə sualtı qayığın istehsalına 2025-ci ildə başlamağı planlaşdırır
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının himayəsi altında milli sualtı qayığın layihələndirilməsi işlərinə artıq start verilib.
“Anadolu” agentliyinin Türkiyə donanmasının rəsmilərinə istinadən verdiyi məlumata görə, “Milden” adlanan sualtı qayığın layihəsi üzərində hazırda 28 nəfər çalışır.
Donanma rəsmiləri 2025-ci ildə ilk qaynağı ediləcək 80 metr uzunluğunda sualtı qayığın tikintisinin 2031-ci ildə başa çatdırılacağına ümid edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


