Koreya tərsanələri bir-birindən mütəxəssis “oğurlayırlar”
Cənubi Koreyanın bir neçə gəmiqayırma zavodu “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) və onun törəmə şirkətlərinə qarşı antiinhisar orqanlarına şikayət edərək, onları kəskin kadr çatışmazlığı və sifarişlərin artması fonunda yüksəkixtisaslı işçiləri “oğurlamaqda”günahlandırıb.
“Seanews.az”-ın məlumatına görə, “Samsung Heavy Industries” (“SHI”), “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”), “K Shipbuilding və Daehan Shipbuilding Hyundai Heavy Industries” şirkətləri, “Hyundai Mipo Shipbuilding” və “Hyundai Samho Industries” şirkətlərinə qarşı Ədalətli Ticarət Komissiyasına birgə şikayət ediblər.
Koreyanın “Pulse” nəşri sənayedəki mənbəsinə istinadən bildirir ki, mühəndis və texniki işçilərə çox yüksək əmək haqqı və əlavələr vəd edilib. Gəmiqayırma zavodları iddia edir ki, bu il LNG daşıyıcılarının və üzən LNG qurğularının tikintisi üzrə ixtisaslaşan 70 təcrübəli mühəndis “Korea Shipbuilding & Offshore Engineering”-nin törəmə şirkətlərinə keçib. Bu, gəmiqayırma müəssisələrini keyfiyyətə nəzarət, prosesin özü və yeni sifarişlər baxımından əlverişsiz vəziyyətə salır”.
Öz növbəsində “Korea Shipbuilding & Offshore Engineering” iddia edir ki, onun törəmə şirkətləri ədalətli və açıq işə qəbul prosedurlarına əməl ediblər.


