Britaniya Hərbi Dəniz Donanması yeni nüvə sualtı qayığı istismara qəbul edib
Ən yeni “Astute tipli “HMS Anson” beşinci nüvə sualtı qayığı Britaniya Kral Donanması tərəfindən istismara qəbul edilib.
Mərasim İngiltərənin şimal-qərbindəki Barrou-in-Ferness limanında keçirilib.
Birincisi - “HMS Astute” sualtı qayığı 2010-cu ildə istismara verilib.
Kral Donanması 2013-cü ildə ikinci - “HMS Ambush”, 2016-cı ildə üçüncü - “Artful” və 2020-ci ildə dördüncü - “Audacious” sualtı qayıqlarını istismara qəbul edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


