Mahaçqala limanında ilk dəfə Belarus gübrəsi aşırılacaq
Mahaçqala Dəniz Ticarət Limanında sentyabrın ikinci ongünlüyündə ilk dəfə olaraq Belarus gübrələrinin aşırılmasına başlanacaq.
“Seanews.az”ın məlumatına görə, dünyanın ən böyük gübrə istehsalçılarından və ixracatçılarından biri olan "Belaruskali" 8 min tondan çox məhsul göndərməyi planlaşdırır.
"Biz Transxəzər marşrutundan təkcə Rusiya yüklərinin (taxıl, un, balıq) ixracı üçün deyil, həm də üçüncü ölkələrdən Yaxın Şərqə malların göndərilməsi üçün istifadə edirik. Yaxın vaxtlarda liman Belarus gübrələrinin aşırılmasına başlayacaq. Dünyanın ən böyük gübrə istehsalçıları və ixracatçıları - sentyabrda 8 min tondan çox məhsulunu dəmir yolu ilə Mahaçqala limanına göndərəcək, sonra isə buradan quru yük gəmiləri ilə İrana kalium mineral gübrələri göndərəcəyik”, - deyə baş direktorun səlahiyyətlərini icra edən Rüstəm Kərimov bildirib
Onun sözlərinə görə, təxminən 4 min ton kalium xloridlə ilk gəmi sentyabrın ikinci ongünlüyündə Mahaçqaladan təyinat məntəqəsinə istiqamət götürəcək.


