Dəniz Nəqliyyatı Donanması əməkdaşlarına Fəxri fərmanlar təqdim edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında (DND) səmərəli əmək fəaliyyətinə görə və 25 iyun “Dənizçi Günü” ilə bağlı ASCO sədri Rauf Vəliyevin əmri ilə Fəxri fərmana layiq görülən əməkdaşlarla görüş keçirilib.
DND rəisi Çingiz Səfərov “Fəxri fərman”ları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır









