"Fəxri fərman"lara layiq görülən XDND əməkdaşları ilə görüş keçirilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında səmərəli əmək fəaliyyətinə görə və 25 iyun “Dənizçi Günü” ilə bağlı ASCO sədri Rauf Vəliyevin əmri ilə Fəxri fərmana layiq görülən əməkdaşlarla görüş keçirilib.
Görüşdə “Fəxri fərman”lar sahiblərinə təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Dənizçilər əməklərinə verilən qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır










