Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-18,
Seanews
Heyder Eliyev

“Langh Ship” şirkəti üç fider konteyner gəmisi sifariş edib

Finlandiyanın “Langh Ship” gəmiçilik şirkəti hər birinin tutumu 1,2 min TEU olan üç fider konteyner gəmisi sifariş edib.

“Seanews.az”ın məlumatına görə,  gəmilər Çinin “Paxocean” gəmiqayırma zavodunda tikiləcək. Onların təhvil verilməsi 2024-cü ilə nəzərdə tutulur.

Konteynerdaşıyanların dizaynı Şanxay Ticarət Gəmilərinin Layihə və Tədqiqat İnstitutu ilə əməkdaşlıqda “Langh Ship” tərəfindən hazırlanmışdır. Gəmilərin konstruksiyası həm göyərtədə, həm də anbarda konteynerlərin daşınması üçün optimallaşdırılıb.

Uzunluğu 150 metr, eni  27 metr, suya oturumu 8,7 metr olacaq yeni gəmilər bioyanacaqdan istifadə edə və sahil elektrik təchizatına qoşula biləcək.

Yeni konteyner gəmilərindən Avropa marşrutlarında istifadə olunacaq.

Ailəyə məxsus “Langh Ship” şirkətinin donanması hazırda 10 konteynerdaşıyan və çoxməqsədli gəmidən ibarətdir. Bundan əlavə, şirkət bu yaxınlarda dedveyti 7,8 min ton olan üç çoxməqsədli gəmi sifariş edib. Onlar da Çində - “Wuhu” gəmiqayırma zavodunda tikiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır