“STM” dəniz platformalarını və mini taktiki PUA-larını nümayiş etdirib
Türkiyədə son bir neçə ildə müdafiə sahəsində görülən əhəmiyyətli layihələrdə mühüm rol oynayan “STM” mühəndislik şirkəti ADEX sərgisində iştirak edib. Şirkət sərgidə dəniz platformalarını və mini taktiki PUA-larını nümayiş etdirib. “STM” daxili ehtiyacların ödənilməsində topladığı təcrübəni əməkdaşlıq və texnologiya transferi müqavilələri vasitəsilə dost və müttəfiq ölkələrə ixrac etməyə davam edir.
Ordu.az xəbər verir ki, şirkət Bakı ilə yanaşı, Polşanın Kielce şəhərində keçirilən Beynəlxalq Müdafiə Sərgisində da iştirak edib.
Şirkət Bakıda “Kargu”, “Alpagu”, “Togan” kimi kamikadze tipli PUA-larını, eləcə də “I” sinif freqatını, “MilGem” korvetlərini, “STM500” mini sualtı qayıqlarını, “STM-MPAC” çoxməqsədli döyüş platformasını iştirakçılara təqdim edib.
“STM” Cənubi Amerikadan Uzaq Şərqə qədər 20-dən çox ölkədə əməkdaşlıq, texnologiya transferi və biznesin inkişafı fəaliyyətləri ilə məşğul olur. Dizayn, tikinti və modernləşdirmə fəaliyyətlərinin bir hissəsi olaraq, “STM” dünyanın ən aktiv donanmalarından birinə malik NATO üzvü olan Türkiyənin suüstü və sualtı platformaları və dost və müttəfiq ölkələrin donanmaları üçün çevik yerli mühəndislik həlləri istehsal edir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin uğurla istifadə etdiyi sistemlər “STM” tərəfindən keyfiyyətli, sərfəli və müasir mühəndis həlləri olaraq xaricə ixrac edilir.
“STM”-in PUA sistemləri Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq əməliyyatlarda tam şəkildə istifadə olunur. 2018-ci ildən TSQ-nin inventarında olan “Kargu” ilk ixracatını 2021-ci ildə həyata keçirib və məhsula maraq göstərən bir neçə fərqli ölkə ilə danışıqlar aparılır. “Alpagu” isə yüngül quruluşu, sürətli şığıma, aşağı radara görünmə və əsas hədəflərə nöqtə zərbəsi vurma qabiliyyəti ilə seçilir. Döyüş atışlı sınaqlarını başa çatdıran “Alpagu” tezliklə TSQ-yə təhvil veriləcək.
“Togan” PUA-larının ilk tədarükü həyata keçirilib. Kəşfiyyat, müşahidə və nəzarət missiyalarında istifadə olunacaq sistemlər Türkiyə Təhlükəsizlik Qüvvələrində vəzifəsini icra edir. Minaatan mərmiləri ilə təchiz edilən “Boyga” PUA-ları qəbul sınaqlarını uğurla tamamlayıb və təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Sevinc Əliyeva




