Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

Çavuşoğlu: "Şərq-Qərb dəhlizi həyati əhəmiyyət kəsb etməyə başlayıb"

“Artıq Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Şərq-Qərb dəhlizi həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri bildirib ki, bunun üçün ötən həftələrdə Özbəkistanda Türkiyə, Özbəkistan, Azərbaycan xarici işlər nazirlər və nəqliyyat, logistika nazirlərinin toplantısı həyata keçirilib: “Bu dəhlizi gücləndirməyin yollarını müzakirə etdik. Bundan öncə də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin iclası keçirildi. Ticarətin, daşınmanın asanlaşdırılması üçün yollar axtarırıq. Qarşıdakı dövrdə enerji nazirlərini də prosesə cəlb edəcəyik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır