Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

Sinqapurlu sahibkara məxsus quru yük gəmisi Naxodka limanında saxlanılıb

Sinqapurlu sahibkara məxsus “Rui Yang 8” quru yük gəmisi Naxodka limanında saxlanılıb. Rusiya Dənizçiləri Həmkarlar İttifaqının (SUR) məlumatına görə, Liman Dövlət Nəzarəti  tərəfindən saxlanılmasına gəmidə bir sıra ciddi pozuntular səbəb olub.

“Seanews.az”ın məlumatına görə,  “Rui Yang 8” gəmisi Beliz bayrağı altında Naxodka dəniz limanında  yük əməliyyatına dayanıb. Qeydiyyata görə gəmi Panamanın “Jiaxing Ruiyang Logistics Co” şirkətinə məxsusdur, faktiki gəminin sahibi və operatoru Sinqapurda yerləşən “Nep International Shipping Pte” şirkətidir.

Bütün heyət vyetnamlı dənizçilərdən ibarətdir və heyətin Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının kollektiv müqaviləsi və sığorta şəhadətnaməsi yoxdur. Rusiya Dənizçilərİ Həmkarlar  İttifaqının Uzaq Şərq regional bölməsinin sədri Nikolay Suxanovun sözlərinə görə, həmkarlar ittifaqı üzvləri gəmidə olarkən gəmi sahibi kapitanın tələbi ilə bir sıra sənədləri, o cümlədən sığorta şəhadətnamələrini göndərib, “ancaq, kapitanın təqdim etdiyi Bəyannamənin II hissəsi gəminin əsl sahibi tərəfindən imzalanmamışdır, yəni bu sənəd etibarsızdır. Yalnız təkrar müraciətdən sonra şirkət lazımi sənədi göndərib.

Həmkarlar ittifaqının nümayəndələri kapitana izah ediblər ki, bu, kifayət deyil və quru yük gəmisi bütün iradlar aradan qaldırılana qədər, o cümlədən gəmi sahibi tərəfindən kollektiv müqavilə imzalanana qədər limanda qalacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır