Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-29,
Seanews
Heyder Eliyev

“Bibiheybət” Gəmi Təmiri Zavodunun Texniki şöbəsinin rəisi İslam Nağıyev 60 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun Texniki şöbəsinin rəisi İslam Nağıyev 60 illik yubileyini qeyd edir.

Bu münasibətlə Zavodun direktoru Nəsib Qəhrəmanov ASCO rəhbərliyi və kollektivi adından yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Nəsib Qəhrəmanov 60 yaşlı yubiliyarın gəmi təmiri sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, dəniz nəqliyyatının inkişafına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib.

Qeyd edək ki, İslam Nağıyev 21 sentyabr 1962-ci ildə Salyan rayonunda anadan olub. 1984-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstituna qəbul olub və 1990-cı ildə mühəndis-mexanik ixtisası üzrə İnstitutu bitirib.

O, əmək fəalliyyətinə 1979-cu ildə 8 saylı “Azərkəndtikinti” TR.23 saylı səyyar mexaniki dəstəsində fəhlə vəzifəsində başlayıb. 1982-ci ildən isə gəmiçilik sahəsində çalışır. Ötən illər ərzində bir çox vəzifələrin ödəsindən uğurla gələn İslam Nağıyev 2020-ci ildən ASCO-nun “Bibiheybət” Gəmi təmiri zavodunun Texniki şöbəsinin rəisi vəzifəsində işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır