XDND əməkdaşları şəhid İsa Kəlbiyevin məzarını ziyarət ediblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının əməkdaşları Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, “Atlet-2” gəmisinin kranmeysteri Rahib Kəlbiyevin qardaşı İsa Kəlbiyevin məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin məzarı önündə onun qəhrəmanlığından, vətən, xalq sevgisindən danışılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri İsa Kəlbiyev 2002-ci ilin 21 sentyabrında Cəlilabad rayonunun Göytəpə şəhərində doğulub. O, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatları nəticəsində şəhid olub.
Kəlbiyev İsa Rəhim oğlu Cəlilabad rayonunun Göytəpə kənd qəbirstanlığında dəfn olunub.