Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Hyundai” Perudakı yerli gəmiqayırma zavodu ilə birgə 4 döyüş gəmisi inşa etmək üçün sifariş alıb

Cənubi Koreyanın gəmi istehsalçısı “HD Hyundai Heavy Industries” Perudakı yerli gəmiqayırma zavodu ilə 2029-cu ilə qədər birgə 4 döyüş gəmisi inşa etmək üçün 463 milyon dollarlıq sifariş aldığını açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, “HD Hyundai Heavy” Perunun dövlət gəmiqayırma şirkəti “SIMA Peru S.A.” gəmiqayırma zavoduna 1 ədəd 3400 tonluq freqat, 1 ədəd 2.200 tonluq dərin su mühafizə gəmisi və 2 ədəd 1500 tonluq desant gəmisinin tikintisi üçün sifariş verib.

“Son razılaşma şirkətə hərbi gəmilərin dəyişdirilməsinə tələbatın artdığı Latın Amerikası regionunda oxşar müqavilələr qazanmağa kömək edəcək”, - deyə açıqlamada qeyd olunub.

Bundan əlavə, “HD Hyundai Heavy” Peru Hərbi Dəniz Qüvvələrinin (HDQ) 5 freqat, 4 dərin su mühafizə gəmisi və 2 desant gəmisi istehsalı layihəsini qazanmaq üçün planlaşdırdığı tenderdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, “HD Hyundai Heavy” “HD Hyundai Mipo Dockyard” və “HD Hyundai Samho Heavy Industries” ilə birlikdə “HD Korea Shipbuilding & Offshore Engineering” (HD KSOE) şirkətinin 3 törəmə müəssisəsindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır