Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“Carnival Cruise Line” üçün beşinci kruiz gəmisi inşa ediləcək

Almaniyanın gəmi istehsalçısı “Meyer Werft” və Britaniya - Amerika kruiz operatoru “Carnival Corporation” ilə daha bir “Excel” sinifli kruiz gəmisi inşa etmək barədə razılığa gəliblər. “Carnival Cruise Line” üçün tikiləcək layner 2028-ci ilədək təhvil veriləcək.

“Seanews.az” xəbər verir ki, “Meyer Werft”-in mətbuat üçün şərhində belə deyilir.

“Carnival Corporation” 2024-cü il fevralın ortalarında “Meyer Werft”-ə oxşar kruiz gəmisi sifariş edib. Bu gəmilərin qəbulu ilə “Carnival Cruise Line”-nin donanmasında “Excel” sinifli gəmilərin sayı beşə çatdırılacaq.

2018-ci ildən “Meyer Werft” və “Meyer Turku” birgə texniki platformadan istifadə edərək “Carnival Corporation”-ın dörd kruiz xətti üçün doqquz mayeləşdirilmiş təbii qaz (LNG) kruiz gəmisi inşa ediblər. Bu platformada iki yeni gəmi də tikiləcək. Uzunluğu 344 metr və ümumi tutumu təxminən 180 min ton olan hər gəmi 6,4 mindən çox qonağı qəbul edə biləcək.

“Meyer Werft”-in sifariş portfelinə indi altı kruiz gəmisi, bir tədqiqat gəmisi və dörd dəniz konvertor platforması üçün polad konstruksiya daxildir.

“Carnival Corporation” dünyanın ən böyük kruiz şirkətidir. Korporasiya Şimali Amerika, Avropa, Avstraliya və Asiyada kruiz marşrutlarında xidmət göstərir. Korporasiyanın doqquz brendinin birləşmiş donanmasına 90 kruiz gəmisi daxildir. Bu gəmilər dünyanın 700-dən çox limanına xidmət göstərir. “Carnival” həmçinin Alyaskaya və Kanadanın Yukonuna səfərlər həyata keçirir.

“Meyer Werft” 1795-ci ildə yaradılıb və “Meyer Neptun Group”-a daxildir. Şirkət iri müasir kruiz gəmilərinin tikintisi üzrə ixtisaslaşıb. Bu günə qədər 37 kruiz gəmisi inşa edən  “Meyer Werft”-in tərsanələrində avtomobillərin və sərnişinlərin daşınması üçün Ro-Ro gəmiləri və mayeləşdirilmiş neft qazının daşınması üçün tankerlər də tikilir. “Neptun Werft”-in Rostokdakı törəmə şirkəti çay kruiz gəmiləri və qaz daşıyıcıları inşa edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır