Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb.

Gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb.

20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8390 kilometr məsafə qət edib.

Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb. Belə ki, “Xocalı” müstəqil Azərbaycan bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.

Qeyd edək ki, “Xocalı” bu ilin mayda Çində istismara verilib. Ümumilikdə 38593 ton yükgötürmə imkanına malik olan gəminin uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

“Xocalı" Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan "Handysize" tipli ilk gəmidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır