Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

“MV Ultra Galaxy” gəmisinin axtarışları davam edir

Cənubi Afrikada şiddətli fırtına səbəbindən yoxa çıxan Panama bayraqlı “MV Ultra Galaxy” gəmisinin axtarışları davam edir.

“Seanews.az” xəbər verir ki, bu barədə  Cənubi Afrika Dəniz Təhlükəsizliyi Təşkilatı (SAMSA) məlumat yayıb.

Məlumatda bildirilib ki, gəmi sonuncu dəfə bu həftənin bazar ertəsi günü Dorinqbaai qəsəbəsindən 60 kilometr aralıda görünüb.

Hadisə vaxtı gəmidə 18 heyət üzvü (hamısı Filippin vətəndaşı) olub. Onlar xilasedici qayıq vasitəsilə gəmini tərk ediblər. Dənizçilər iki yük gəmisi və biri balıqçı qayığı tərəfindən xilas olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır