Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Türkiyədə “Ada” sinifli ikinci gəmi suya buraxılıb

Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Ada” sinifli ikinci gəminin suya buraxılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə Ukraynanın “TSN” portalı məlumat yayıb.

Bildirilir ki, tədbirdə Ukraynanın birinci xanımı Yelena Zelenskaya, Ukraynanın müdafiə naziri Rustem Umerov, Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa və “Baykar” şirkətinin sahibi Haluk Bayraktar iştirak ediblər.

Gəmi "Hetman İvan Vıqovski" adlanır. Nəşr qeyd edir ki, daha bir korvet – “İvan Mazepa” artıq hazırdır və Qara dənizdə sınaqdan keçirilir.

İkinci gəminin kilinin qoyulma mərasimi 18 avqust 2023-cü ildə baş tutub. Onda gəminin dəyərinin təxminən 218 milyon dollar olduğu bildirilmişdi.

Bu arada, Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisinin müavini Andrey Rıjenko münaqişə bitməyənədək korvetlərin Ukrayna limanlarında yerləşə bilməyəcəyini söyləmişdi.

“Ada” sinifli raket korvetləri Türkiyə Hərbi Dəniz Qüvvələri üçün məxfi texnologiyadan istifadə edilməklə hazırlanıb. Onlar patrul xidməti, eləcə də sualtı qayıq əleyhinə əməliyyatlarda iştirak üçün nəzərdə tutulub. Yükgötürmə qabiliyyəti təxminən 2,4 min ton, uzunluğu  99,5 metr, eni 14,4 metr, heyəti təxminən 100 nəfər olan gəmi 21 günə qədər avtonom naviqasiyada qala bilər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır