Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Cənubi Koreya gəmiqayıranları daha gəlirli müqavilələrə üstünlük verirlər

26 iyul 2024-cü il tarixinə dünya üzrə 1223 yeni gəminin tikintisi üçün sifarişlər verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Bu barədə “Seanews.az” “Clarkson Research”-ə istinadən xəbər verir.

Cənubi Koreyanın gəmiqayırma sənayesinin sifariş portfeli də artmaqdadır. 2024-cü ildə 69 LNG daşıyıcısı (keçən il 66-dan çox), 84 maye qaz tankeri və 144 konteyner gəmisi sifariş edilib.

Koreyanın Xarici İqtisadi Tədqiqatlar İnstitutunun İxrac-İdxal Bankının baş elmi işçisi Çon Seo bildirib ki, sifarişlər çox olduğu üçün Cənubi Koreya gəmiqayıranları daha gəlirli müqavilələrə üstünlük verirlər.

Böyük konteyner gəmilərinin gəlirliliyi ammonyak daşıyıcılarının (VLAC) gəlirliyi səviyyəsinə çatmışdır. Buna görə, Cənubi Koreyanın gəmiqayırma sənayesi həm də konteyner gəmiləri bazarına qayıdır.

“HD Korea Shipbuilding & Offshore Engineering” bu yaxınlarda Avropa gəmiçilik şirkətindən dünyanın üçüncü ən böyük gəmiçilik şirkəti olan “CMA-CGM”-dən 15 500 TEU tutumlu 12  konteyner gəmisi üçün sifariş alıb. Sifarişin ümumi dəyəri 3,6 trilyon vondan çox olub. Gəmiqayırma zavodu 8 min TEU tutumlu altı konteyner gəmisi üçün əlavə sifariş üzrə danışıqlar aparır.

“Samsung Heavy Industries” və “Hanwha Ocean” ekoloji cəhətdən təmiz konteyner gəmiləri üçün sifarişlər üzrə fəal danışıqlar aparırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır