Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Balkan” zavodunda iki quru yük gəmisinin tikintisinə başlanılıb

Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ərazisində iki yeni quru yük gəmisinin tikintisinə başlanılıb.

“Seanews.az” xəbər verir ki, layihə “Balkan Gəmiqayırma və Gəmi Təmiri Zavodu” ASC tərəfindən Cənubi Koreyanın “Koryo Shipbuilding Industry Technology Co. Ltd” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Hər gəminin yükgötürmə qabiliyyəti 6100 ton, uzunluğu 123 metr, eni 16,5 metr, hündürlüyü 8,3 metr olacaq.

Layihə iştirakçılarının demək olar ki, hamısı koreyalı mütəxəssislərin rəhbərliyi altında iki aylıq ixtisaslaşdırılmış kursları bitirmiş yerli mütəxəssislərdir. Gözlənilir ki, layihənin həyata keçirilməsi Türkmənistanın dəniz donanmasını gücləndirməklə yanaşı, həm də gəmiqayırma sahəsində milli kadrların səriştəsini əhəmiyyətli dərəcədə artıracaq. Ölkənin ilk gəmiqayırma müəssisəsi olan “Balkan” zavodu ildə 10 min ton polad emal etmək və 6 gəmi tikmək imkanına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır