Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Maersk” 60-dək gəmi almağı planlaşdırır

“AP Moller-Maersk” A/S donanmasının yenilənməsi proqramının bir hissəsi olaraq 50-60 gəmi alır. Bundan əlavə, “Maersk” mayeləşdirilmiş biometan tədarükçülərinin axtarışına başlayıb. 

“Seanews.az” xəbər verir ki, yeni gəmilər adi dəniz yanacağı, həmçinin LNG və ya metanolla işləyə biləcək.

“Maersk” gəmiçilik şirkətinin baş direktoru Vinsent Klerk çərşənbə günü Kopenhagendə keçirilən təqdimatda deyib: "Şirkət olaraq yalnız bir texnologiyaya güvənməyimiz riskli olardı".

Konteyner nəhəngi daha əvvəl iki yanacaqla işləyən 25 metanol gəmisi sifariş verdiyini açıqlamışdı. Amma bu sifarişlər “Maersk”-in ümumi tutumunu artırmayacaq, çünki təzə gəmilər istismardan çıxarılanları əvəz edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır