Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” şirkəti “Soyang” sinifli gəmi inşa edəcək

Cənubi Koreya üçün “AOE-II” layihəli ikinci sürətli dəstək gəmisinin tikintisini “Hanwha Ocean” şirkəti  həyata keçirəcək.

“Seanews.az” xəbər verir ki,“Hanwha Ocean” şirkəti Koreya Respublikasının Müdafiə Təchizatı Proqramı Administrasiyası (DAPA) tərəfindən “AOE-II” gəmiqayırma layihəsinin 2-ci mərhələsinə üstünlük verilən iddiaçı kimi seçildiyini açıqlayıb.

“Hanwha Ocean” bu proqramın 331 milyon dollar dəyərində yeganə iştirakçısı olub. Şərtlər üzrə danışıqlardan sonra əsas müqavilənin avqustda imzalanması gözlənilir. İkinci gəminin təhvil verilməsi onun tikintisi və dəniz sınaqlarından sonra təxminən 2028-ci ilin dekabrına planlaşdırılır.

“Soyang” sinifli gəmilər uzaq sularda operativ dəniz qruplarını dəstəkləmək -  tibbi yardım və təchizatla təmin etmək, təmir işləri görmək üçün nəzərdə tutulub.

“AOE-II” tipli gəminin yükgötürmə qabiliyyəti  23 000 tondur (bunun 10 000 tonu yanacaqdır). Uzunluğu  190 metr, eni 25 metr, suya oturumu 8 metr, maksimal sürəti 24 düyün, üzmə məsafəsi  5500 dəniz mili olan gəmi açıq dənizə 140 nəfər heyətlə çıxacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır