Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Albaniyadan Taylanda təhlükəli sənaye tullantıları daşıdığı iddia edilən iki gəmi limanlara buraxılmayıb

Danimarkanın “Maersk” gəmiçilik şirkətinin Albaniyadan Taylanda təhlükəli sənaye tullantıları daşıdığı iddia edilən iki yük gəmisi Cənubi Asiya krallığının onları limanlara buraxmaqdan imtina etməsindən sonra Avropaya qayıdır.

“Seanews.az” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 40 konteyner olan ilk gəmi cümə axşamı Sinqapura çatacaq, bundan sonra təhlükəli yük yenidən İtaliyaya göndəriləcək. Eyni şey 60 konteyner daşıyan başqa bir gəmi ilə də baş verəcək.

Söhbət İsveçrənin “Mediterranean Shipping Company” (“MSC”) şirkətinin gəmiləri ilə oradan çıxarılan və Triest (İtaliya) şəhərində ”Maersk”in gəmilərinə vurulan “Albaniyadan gələn tonlarla zəhərli tüstü tozundan” gedir. Daha sonra həmin gəmilər Taylanda üz tutub. Lakin Amerikanın “Basel Action Network” qeyri-hökumət təşkilatı yükün xarakteri ilə bağlı məlumatı Banqkoka ötürdükdən sonra Cənubi Asiya krallığının səlahiyyətliləri gəmiləri qəbul etməkdən imtina ediblər.

“MSC” nümayəndələri və Albaniya rəsmiləri agentliyin hadisə ilə bağlı şərh istəməsinə cavab verməyiblər. “Maersk” bildirib ki, konteynerlərin heç birində təhlükəli yük yoxdur, əks halda daşıyıcı onları daşımaqdan imtina edərdi. “Bloomberg” əlavə edir ki, yükü göndərənlər və alanlar müəyyən edilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır