Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ABŞ-nin sualtı qayıqlarının inşasında gecikmələrə yol verilir

“General Dynamics Electric Boat” ABŞ Müdafiə Nazirliyi ilə “Virginia” sinfinə məxsus sualtı qayıqların inşasında istifadə olunan uzunmüddətli materialların tədarükü üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilənin dəyəri 1,3 milyard dollardır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin son aylarda dərc etdiyi hesabata görə, Birləşmiş Ştatların yeni nüvə sualtı qayıqlarının inşası layihələrində 1 ildən 3 ilə qədər gecikmə var.

Yayımlanan hesabatda “Ohio” sinfinə məxsus ballistik raket sualtı qayıqlarını əvəz edəcək “Columbia” sinfinə məxsus ballistik raket sualtı qayıqlarının ilk gəmisində 12-16 aylıq, “Virginia Block IV” və “Virginia Block V” sinfinə məxsus nüvə hücum sualtı qayıqlarının inşasında isə 24-36 aylıq bir gecikmə gözlənilir.

Hesabatda USS “District of Columbia” (SSBN-826) sualtı qayığının təhvil verilməsinin ən azı bir il gecikdiriləcəyi bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır