Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Malta bayrağı altında üzən gəmi Cənubi Afrikanın şərq sahillərində 100-ə yaxın konteyner itirib

Malta bayrağı altında üzən “CMA CGM Belem” konteyner gəmisi Cənubi Afrikanın şərq sahillərində fırtına zamanı 99 konteynerini itirib.

“Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Afrika Dəniz Təhlükəsizliyi Təşkilatı məlumat yayıb.

Riçards körfəzindəki bu insidentdən sonra Cənubi Afrika Dəniz Təhlükəsizliyi Təşkilatı bölgədən keçən gəmilərin kapitanlarından suyun səthində müşahidə edəcəkləri üzən yük konteynerləri barədə məlumat vermələrini xahiş edib.

Uzunluğu 336 metr, hündürlüyü 51 metr və suya oturumu 14,8 metr olan  “CMA CGM Belem” konteynerdaşıyanı Cənubi Afrikanın Ngqura limanına gedirmiş.

Xatırladaq ki, bir ay əvvəl təxminən eyni ərazidə Asiyadan Avropaya yük daşıyan böyük tutumlu “CMA CGM Benjamin Franklin” (Malta bayrağı) konteyner gəmisi 40-a yaxın konteynerini itirmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır