Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Bahri” gəmiçilik şirkəti 9 VLCC üçün milyard dollar ödəyib

Səudiyyə gəmiçilik şirkəti Yunanıstanın nəzarətində olan “Capital Maritime & Trading”-dən 9 böyük tutumlu VLCC tankeri alıb.

“Seanews.az”” şirkətinin məlumatlarına istinadən xəbər verir ki, “Bahri” bu gəmilər üçün təxminən 1 milyard dollar ödəyəcək. Əməliyyat öz vəsaiti və bank krediti hesabına maliyyələşdiriləcək.

Gəmilərin yeni sahibinə təhvil verilməsi 2025-ci ilin birinci rübünün sonuna qədər baş tutmalıdır.

“Capital Maritime & Trading”-dən alınan gəmilərin əksəriyyəti Cənubi Koreyada tikilib, onların dedveyti təxminən 311,5 min ton, orta yaşı 5,9 ildir və skrubberlərlə təchiz olunub.

Keçən ilin sonundan etibarən “Bahri” gəmiçilik şirkəti təkrar bazardan müasir gəmilər əldə edərək VLCC donanmasını təkmilləşdirməyə fəal şəkildə sərmayə qoyur. O cümlədən, bu ilin may ayında şirkət “Korea Line Corporation”-dan 4 VLCC alıb.

Bu gün “Bahri”-nin neft donanmasına 40 VLCC tankeri daxildir. Yeni satınalma mövcud donanmanı modernləşdirəcək və köhnə gəmiləri istismardan çıxaracaq.

Öz növbəsində, satıcı “Capital Maritime & Trading” Çindən hər biri 140 milyon dəyərində, 2026-2027-ci illərdə çatdırılma çatdırılma şərti ilə iki yanacaqla işləyəcək altı VLCC sifariş edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır