Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Hidrogen daşıyan gəmilərə tələbat artaraq

Gələcəkdə artan hidrogen tələbatını ödəmək üçün onu daşıyacaq yeni tankerlər də  tikilməlidir.

“Seanews.az” xəbər verir ki, bu barədə “Offshore Energy” nəşri Beynəlxalq Gəmiçilik Palatasının (ICS) hesabatına istinadən məlumat yayıb.

“Hidrogenə illik tələbatın artması onun nəqli üçün gəmilərin artması deməkdir. 30 milyon ton hidrogeni uzun məsafələrə daşımaq üçün 411-ə qədər yeni tankerə və ya ammonyak daşımaq üçün 500-ə qədər gəmiyə ehtiyacımız ola bilər”, - Stefan Ulrayx yazır.

Hesabatda deyilir ki, hidrogenə tələbat 2040-cı ilə qədər iki dəfə arta bilər. Bununla belə, əlavə tələbatın böyük hissəsi sənaye sektorlarından, ümumi tələbin kiçik bir hissəsi (5%-dən az) isə nəqliyyat sektorundan gəlir.

Cənubi Koreya, Yaponiya və Avropa Birliyi ölkələri bu tələbi artıracaq əsas bazarlar sayılır. Məsələn, Avropa Birliyi 2030-cu ilə qədər ildə 20 milyon ton hidrogen hasil etməyi planlaşdırır və bunun yarısı idxal mənbələrindən əldə ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır