Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

2029-cu ilədək Türkiyə Hərbi Dəniz Qüvvələri yeni tipli altı yerli sualtı qayıq alacaq

2029-cu ilə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri yeni tipli altı yerli sualtı qayıq alacaq.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu ilk belə gəmi olan “TCG Piri Rəis”-in istismara verilməsi mərasimində bildirib.

Bu tip ikinci sualtı gəmi olan “TCG Hızır Rəis” bu il sınaqdan keçiriləcək və 2025-ci ildə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Üçüncü qayıq “TCG Murat Reis” 2026-cı ildə xidmətə daxil ediləcək. 2029-cu ilə qədər bu tip altı sualtı qayığın hamısı xidmətdə olacaq”, – Türkiyə prezidenti yerli telekanallara deyib.

Dövlət başçısının sözlərinə görə, yeni sualtı qayıqlar Türkiyə donanmasının strateji silahlarıdır, yerli silah növləri və digər sistemlərlə təchiz olunub.

“TCG Piri Rəis” Almaniyanın “Type 214” seriyalı sualtı qayığı əsasında yaradılmışdır. “Tip 214” dizel-elektrik sualtı qayıqlardır.

Hərəkət sistemi hidrogen yanacaq elementlərinə əsaslanan havadan asılı olmayan sistemlə birləşdirilib ki, bu da qayığın səthə çıxmadan uzun müddət su altında xidmət göstərməsinə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır