Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Seriyanın sonuncu konteyner gəmisi "OOCL Portugal" adlandırılıb

“Orient Overseas Container Line Co., Ltd” (“OOCL”) tutumu 24188 min TEU olan konteyner gəmiləri seriyasının sonuncusunu "OOCL Portugal" adlandırıb.

"Seanews.az” xəbər verir ki, adqoyma mərasimi “Nantong COSCO KHI Ship Engineering Co., Ltd”-də (“NACKS”) keçirilib.

Xatırladaq ki, 12 gəminin tikintisini nəzərdə tutan sifariş iki tərsanə - “Nantong COSCO KHI Ship Engineering Co” və “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) arasında bölüşdürülmüşdü.

“DACKS” inşa etdiyi axırıncı gəmisini - “OOCL Denmark” konteynerdaşıyanı bu ilin iyun ayında sifarişçiyə təhvil vermişdi.

Yeni konteyner gəmisi, seriyanın digər gəmiləri kimi, Asiya-Avropa ticarətində istismar olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır