Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Hər il orta hesabla 12 000 TEU-luq 53 konteyner gəmisi sifariş ediləcək

Bu il “Samsung Heavy Industries” 22 LNG tankeri, iki VLAC ölçülü ammonyak tankeri, bir xidmət tankeri, dörd “Suezmax” (“S-MAX”) tankeri və dörd konteyner gəmisinin tikintisi üçün sifarişlər alıb.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, Cənubi Koreyanın gəmiqayırma şirkəti “Samsung Heavy Industries” Asiyadan olan və adı açıqlanmayan gəmi sahibi ilə 16 min TEU tutumlu dörd konteyner gəmisinin tikintisi üçün müqavilə imzalayıb.

Müqavilənin ümumi məbləği 716 milyon dollardır (təxminən 1,1 trilyon von). Gəmilərin 2027-ci ilin dekabrına qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Hazırda “Samsung Heavy Industries”-in sifariş kitabına 6,8 milyard dollar dəyərində 33 gəmi daxildir ki, bu da şirkətin illik hədəfi olan 9,7 milyard dolların 70%-ni təşkil edir.

“Clarkson Research”-in son proqnozuna görə, 2024-cü ildən 2027-ci ilə qədər hər il orta hesabla 12 000 TEU və ya daha çox tutumlu 53 konteyner gəmisi sifariş ediləcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır