Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

“HMM St Petersburg” konteyner gəmisi neft tankeri ilə toqquşub

24 min TEU tutumlu “HMM St Petersburg”  konteyner gəmisi dekabrın 3-də İspaniyanın Algeciras limanı yaxınlığında neft tankeri ilə toqquşub.

“Seanews.az”  Koreya daşıyıcısının bəyanatına istinadən xəbər verir ki, gəmi işlək vəziyyətdədir.

Yunanıstanın “Nicholas G Moundreas Shipping” şirkətinə məxsus, dedveyti 156,6 min ton olan “Suezmax” ölçülü “Gloria Maris” neft tankeri dekabrın 2-də axşam saatlarında Cəbəllütariqdə bunker götürüb və Kartagena limanına yola düşüb. Bildirilir ki, “HMM” konteyner gəmisi ilə toqquşması nəticəsində tankerdə deşik açılıb.

İspaniyanın “Sociedad de Salvamento y Seguridad Maritima” axtarış-xilasetmə xidmətinin məlumatına görə, tanker ballastda üzüb - bundan əvvəl, noyabrın 30-da o, Kartaxenada 147,6 min ton neft boşaldıb.

Batmaq və ya neft dağılma təhlükəsi yoxdur, lakin hər iki gəmi zədələnib.

Gəmilər Algecirasda saxlanılıb. Yerli liman rəhbərliyi hazırda toqquşmanın səbəblərini araşdırır. “HMM” nümayəndəsinin sözlərinə görə, “HMM St Petersburg”  dənizə yararlığını itirməyib və təhqiqat başa çatan kimi səfərinə davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır