Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-21,
Seanews
Heyder Eliyev

Buzqıran gəmilər donmuş dənizlərdə ilboyu istismar üçün nəzərdə tutulub

Çin gəmiqayırma zavodu Rusiya Dəniz Gəmiçilik Reyestrinin (“RS”) sinfinə uyğun olaraq “HGC231401” layihəli dörd buzqıran yedək gəmisi inşa edəcək.

Bu barədə “Seanews.az” təsnifat cəmiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər müvafiq təsnifat müqaviləsi bağlayıblar. Gəmilər Arktikadan kənar donmuş dənizlərdə ilboyu istismar üçün nəzərdə tutulub.

İki vintli yedək gəmilərinin göyərtəsi poladdan olacaq. İki əsas mühərriki buzqıranın manevr qabiliyyətini, yüksək dərəcədə avtomatlaşdırma isə maşın şöbəsini nəzarətdə saxlanmasını təmin edəcək.

Qeyd edək ki, uzunluğu 31 metr, dedveyti 91 ton olan gəmi üçün üzmə məhdudiyyəti yoxdur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır