Çinin ən böyük yerli istehsal kruiz gəmisi 3 800-dən çox sərnişinlə ilk səfərinə çıxıb
Çinin ən böyük yerli istehsal kruiz gəmisi “Adora Flora City” noyabrın 22-də 3 800-dən çox sərnişinlə ilk kommersiya səfərinə başlayıb. Gəmi ölkənin cənubundakı Quançjou şəhərinin Nansa Beynəlxalq Kruiz Limanından yola düşüb.
“Seanews.az” xəbər verir ki, altı gün beş gecə davam edəcək ilk səfər Honkonqa, daha sonra isə Vyetnamın mərkəzində yerləşən Çan May limanına nəzərdə tutulub.
141 900 ümumi tonnaja malik gəminin uzunluğu 341 metr, eni isə 37,2 metrdir. Gəmidə 2 130 kayut var və o, tam tutumla 5 232 sərnişin qəbul edə bilər.
“Adora Flora City” “Shanghai Waigaoqiao Shipbuilding” zavodunda inşa edilib və noyabrın 6-da operatoru “Adora Cruises” şirkətinə təhvil verilib.
Gəminin 2027-ci ildə Quançjoudan Cənub-Şərqi Asiyanın müxtəlif istiqamətlərinə 50-dən çox beynəlxalq kruiz səfəri həyata keçirməsi planlaşdırılır. Bu arada, Çinin üçüncü yerli istehsal böyük kruiz gəmisinin ilkin layihələndirmə işlərinə də başlanılıb.

