Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-24,
Seanews
Heyder Eliyev

Dron hücumundan zərər çəkmiş “Mariam M” yük gəmisinin xilasetmə işləri çətinliklə davam edir

Rumıniyanın Midea limanı yaxınlığında saya oturmuş “Mariam M” yük gəmisinin xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti və sualtı qum tirələri səbəbindən çətinliklə davam edir.

“Seanews.az” xəbər verir ki, gəmi sentyabrın 17-də Ukraynanın Dunay çayı üzərindəki Reni limanına doğru hərəkət edərkən dron hücumuna məruz qalıb. Zərbə nəticəsində gəminin kapitanı həlak olub, azı üç heyət üzvü yaralanıb, körpüdə yanğın baş verib. Heyət gəmini tərk edib.

Noyabrın 14-də gəminin lövbər zənciri qırılıb və o, nəzarətsiz şəkildə hərəkət edərək Rumıniyanın Vadu yaxınlığındakı sahilə çıxıb.

Xilasetmə işlərinə cəlb olunan üç yedək gəmisi əvvəlcə “Mariam M”in burun hissəsini qumdan çıxararaq dənizə tərəf yönəldə bilib. Lakin gəmini açıq dənizə çəkmək cəhdi zamanı külək və sualtı qum tirələri əməliyyata mane olub. Nəticədə gəmi başqa bir qum tirəsində yenidən saya oturub.

Gəmi agenti Həsən Cohar yerli televiziya kanalına bildirib ki, gəmi artıq üçüncü qum tirəsinə ilişib. Hazırda mühərrikləri işə salaraq xilasetmə cəhdlərini davam etdirmək planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır