Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Hövsan – 5” liman yedək gəmisi əsaslı təmir ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus  “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub. Belə ki, gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb. Həmçinin, işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana  tamamilə yenilənib. Ən əsası , gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə  təmiri həyata keçirilib. Bütün bu proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Registr yoxlanışından keçəndən sonra gəmi yenidən istismara qaytarılacaq. Xatırladaq ki, sözügedən liman  yedək gəmisinin uzunluğu 29,3, eni 8,3 metrdir. Gəmi  1600 at gücünə malik mühərriklə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır