Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

mi-bərənin əsaslı təmiri başa ça

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təmir olunub. “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki,  gəmi-bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, tüstü boruları təmizlənərək rənglənib. Sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları, köməkçi mühərrik təmir olunub. Baş mühərriklərin bəzi hissələri isə yenisi ilə əvəzlənib.   Üzən nəqliyyat vasitəsinin braşpil, lövbər qurğuları və zəncirləri də saz hala gətirilib. Gəminin mexaniki və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri görülüb. Yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilən gəmi-bərədə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən muzey də tamamilə yenilənib. Dəniz sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq. Məlumat üçün deyək ki, təmirdən sonra bugün gəmi ilk dəfə Türkmənbaşı istiqamətində səfərə yollanıb. Gəmi-bərə Xorvatiyanın Ulyanik tərsanəsində tikilib. Uzunluğu 154,5 metr, eni 17,5 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir. Tam yükgötürmə qabiliyyəti 5985 ton olan gəmi-bərəyə eyni vaxtda 52 dəmiryol vaqonu yükləmək mümkündür. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır