Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

Yeni nəsil kabelçəkmə gəmisinə Leonardo Da Vinçinin adı veriləcək

Enerji və telekomunikasiya sistemləri sahəsində dünya lideri sayılan “Prysmian Group”-un ən müasir kabelçəkmə gəmisinə italiyalı rəssam, heykəltəraş, memar, alim və mühəndis Leonardo Da Vinçinin adı veriləcək.  

"Seanews.az" xəbər verir ki, artıq gəminin inşası ilə bağlı ciddi addımlar atılıb, dizayn prosesi tamamlanıb, mühəndis işləri davam edir.

“Leonardo da Vinci” gəmisi ilk dəfə 26-28 noyabr 2019 tarixində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “WindEurope” konfransı və sərgisində tanıdılacaq.  

170 milyon avroya başa gələcək gəminin 2021-ci ilin ikinci rübündə istismara veriləcəyi gözlənilir.

Təxminən 170 metr uzunluğa, 34 metr enə malik olacaq gəmi sürətini 14 düyünədək artıra biləcək. Gəmi 180 tondan çox dartma qabiliyyətinə malik olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır