Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir -

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir. Teploxodun bütün  maşın  və  mexanizmləri  təmir  olunub.  Hal- hazırda  gəmidə  gövdə-qaynaq  işləri   həyata keçirilir. Təmir prosesinin növbəti mərhələlərində gəminin  anbarları  modernizasiya  olunacaq,  ikinci  gövdə qatı  tikiləcək. Uzunluğu 123.50, eni 15 metr olan gəminin maksimal sürəti 11.7 uzeldir. Xatırladaq ki, “Cəfər Cabbarlı” gəmisinin məxsus olduğu Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür. Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır