Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Baltik dənizdə yüksək sürətli katamaran-bərə istifadəyə veriləcək

Avstraliya gəmiqayırma zavodu “Austal”, bərə operatoru “Molslinjen”-in sifarişi ilə yüksək sürətli katamaran-bərə inşa edəcək.

92 milyon dollar dəyərində olan bu gəmi Baltik dənizdə üzəcək.

“Auto-Express 115” adlanan bu gəmi “Austal” zavodunun tikdiyi ən böyük gəmi-bərəsi olacaq.

Gəmi LNG-də işləyən orta sürətli mühərriklə təchiz ediləcəkdir. Sərnişin tutumu 1600 nəfər, yük tutumu - 450 avtomobil, sürət - 37 uzel olacaq. Gəmi, Ystad (İsveç) - Bornholm (Danimarka) adasındakı Rennes marşrutuna cəlb ediləcəkdir.

Gəminin inşası “Austal” zavodunun Filippindəki tərsanəsində 2020-ci lin 3-cü rübündə başlayacaq.

2022-ci ilin ilk rübündə istismara verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır