Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Xocavənd” tankeri əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Bununla belə, baş mühərrikdə 1 ədəd  dirsəkli val dəyişdirilib, bir ədəd  köməkçi mühərrik yenisi ilə əvəzlənib.

Gəmi üzrə gövdə qaynaq, boru quraşdırma, avtomatika və elektrik quraşdırma, izolyasiya işləri yerinə yetirilib.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Xocavənd” gəmisi 2003-cü ildən  Xəzər dənizində maye yük daşımalarına öz töhfəsini verir.

Xatırladaq ki, ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır