Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

rid mühərrikli ilk yaxta-

Hibrid mühərrikləri XXI əsrin əsas ixtiralarından hesab etmək olar.  Bu texniki innovasiya gəmiqayırmadan da yan keçməyib. 2017-ci ilin aprelində hollandiyalı mühəndislər ilk hibrid mühərrikli gəmini istismara veriblər. “HOME” adlı yaxtanın unikallığı ondan ibarətdir ki, mühərriklər demək olar, səssiz işləyir və maksimum dərəcədə yanacağa qənaət edir. Superyaxta MTU 12V tipli iki hibrid mühərriklə təchiz olunub. Onların hər biri avtonom rejimdə işləmək qabiliyyətinə malikdir. Gəminin maksimal sürəti 12 uzeldir. “HOME” yaxtasının göyərtəsi alüminumdan hazırlanıb. Bu da üzən vasitəni korroziyadan qoruyur. Uzunluğu 50 metr olan yaxta Baham adaları yaxınlığında kruiz səfərlər edir. Yaxtanın üst hissəsi şüşədəndir. Tanınmış italiyalı dizayner Kristiano Gatto isə yaxtaya unikal dizaynlı interyer yaradıb. Qonaqlar üçün nəzərdə tutulmuş 5 möhtəşəm  kayutu olan yaxtada spa salon, idman zalları, su hovuzu da fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır